Britaniya 2030-cu ilə qədər ilk nüvə qabiliyyətli “F-35A” döyüş təyyarələrini almağa başlayacaq.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
O, Britaniya parlamentinin İcmalar Palatasının (Aşağı Palata) müdafiə komitəsinin üzvlərinin suallarına cavab verib: “Mən “F-35A”nın bu onilliyin sonuna qədər xidmətə girəcəyini gözləyirəm”.
Xatırladaq ki, iyunun 24-də Böyük Britaniyanın Baş naziri Keir Starmer Londonun ABŞ-dən “B61-12” taktiki termonüvə bombaları daşıya bilən 12 ədəd “F-35A” qırıcısı alacağını bildirmişdi. Hazırda Böyük Britaniyanın nüvə silahları yalnız ABŞ istehsalı olan “Trident II” (D5) ballistik raketləri daşıyan dörd Vanguard sinifli sualtı qayıqda yerləşdirilir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.