Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsini birgə təşkilatçılığı ilə iyulun 5-i Aşura Günü münasibətilə qanvermə aksiyaları həyata keçiriləcək.
“Report” xəbər verir ki, bunu nazirliyin Respublika Qan Bankının həkimi Günel Əliyeva bildirib.
O qeyd edib ki, aksiya Azərbaycanın 30 şəhər və rayonunda – ümumilikdə 38 məntəqədə təşkil olunacaq:
“Bu il ilk dəfə azad edilən ərazilərdə – Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində qanvermə aksiyası keçiriləcək. Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var”.
Mənbə: Report.Az
Comments are closed.