Dövlət komitəsinin sədri: Azərbaycan ECO müstəvisində də qadınların dayanıqlı inkişafı üçün əməkdaşlığın tərəfdarıdır

Azərbaycan digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, ECO müstəvisində də qadınların dayanıqlı inkişafı üçün əməkdaşlığın tərəfdarıdır.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilk dəfə Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumunda deyib.

O qeyd edib ki, ECO Qadınlar Forumu bu baxımdan mühüm bir mexanizm ola bilər:

“Biz bu çərçivədə qadınların regional iqtisadi layihələrdə iştirakını təşviq edə bilərik. Həmçinin təhsil və rəqəmsal bacarıqlar üzrə ortaq təşəbbüslər yaradaraq gənc qadın liderlər üçün yeni platformalar açan bir əməkdaşlıq mərkəzi ola bilərik”.

B.Muradova Qadınlar Forumunun 2025-ci ildə başa çatan ECO-nun Baxış sənədinin davamı kimi və 2026–2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya biləcəyini vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More