ECO-nun baş katibi: İlham Əliyevin təşəbbüsü sayəsində 40 ildən sonra ilk dəfə qadın forumu təşkil olunub

İlham Əliyevin təşəbbüsü sayəsində 40 ildən sonra ilk dəfə qadın forumu təşkil olunub.

“Report”un məlumatına görə, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Əsəd Məcid Xan Şuşada keçirilən ECO-nun altıncı biznes forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Mən Azərbaycan hökumətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gözəl Laçın şəhərində bu ilk qadın forumunun təşkilinə görə təşəkkür etməliyəm. Açığı, belə bir forum keçirmək üçün bizə təxminən 40 il lazım oldu. Buna görə xüsusilə Azərbaycan rəhbərliyinə və Prezident İlham Əliyevə uzaqgörən təşəbbüsünə görə minnətdaram”, – deyə Əsəd Məcid Xan vurğulayıb.

O qeyd edib ki, İƏT regionunun hər yerindən liderləri və nümayəndələri forumda görməkdən məmnundur, onlar birlikdə qadınların təşkilatın fəaliyyətinə və regionda dayanıqlı inkişaf, rifah və tərəqqi məqsədlərinə nail olmağa necə daha səmərəli və fəal töhfə verə biləcəyini müzakirə edirlər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More