Ədliyyə naziri Fərid Əhmədov iyulun 18-də Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin müraciətlərini dinləyəcək.
Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı iyulun 17-dək Xaçmaz regional ədliyyə idarəsinə (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17, əlaqə telefonu: (+9942332) 5-18-88) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin (+994) 012-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər. Həmçinin nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və vaxt barədə əvvəlcədən məlumat veriləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.