Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb

Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb, avtomobilə zərər vurulub

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhərində Əliağa Şıxlınski küçəsində qeydə alınıb.

Belə ki, çağırışa gedən təcili tibbi yardım briqadası xəstə yaxınları tərəfindən təzyiqə məruz qalıb. Təcili tibbi yardım maşınının pəncərəsi sındırılıb.

İlkin məlumata görə, xəstənin yaxınları təcili tibbi yardım briqadasının gecikdiyini iddia ediblər. Həkim isə çağırışa zamanında gəldiklərini, çağırışdan 6 dəqiqə sonra ünvana çatdıqlarını bildirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More