ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/4 final cütləri müəyyənləşib.
“Report”un məlumatına görə, bu, 1/8 final mərhələsinin son iki oyunundan sonra bəlli olub.
Braziliya təmsilçilərindən “Fluminense” bu raundda Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası, “Palmeyras” İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gələcək.
Fransanın PSJ kollektivi Almaniya çempionu “Bavariya”nın, İspaniya təmsilçisi “Real” isə “Borussiya” (Dortmund) komandasının müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, 1/4 final oyunlarına iyulun 4-də start veriləcək.
Mənbə: Report.Az
Comments are closed.