Livan İŞİD təhlükəsi ilə əlaqədar Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib

Livan ordusunun rəhbərliyi İŞİD terror təşkilatından gələn təhlükə ilə əlaqədar Suriya ilə sərhəd bölgələrdə nəzarəti gücləndirib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

“Sabitliyin qorunması məqsədilə sərhəd bölgəsində intensiv patrul xidməti həyata keçirilir, əlavə müşahidə qüllələri quraşdırılıb”, – məlumatda deyilir.

Bildirilir ki, hazırda Livan Silahlı Qüvvələrinin komandanlığı Suriya hakimiyyəti ilə təhlükəsizlik tədbirlərini koordinasiya edir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More