Merts: Rusiya qarşı 18-ci sanksiya paketi ilə bağlı yekun müzakirələr aparılır

Almaniyanın Kansleri Fridrix Merts Slovakiya hökuməti ilə Rusiyaya qarşı 18-ci sanksiya paketi ilə bağlı danışıqların həlledici mərhələyə daxil olduğunu bildirib.

“Report”un məlumatına görə, o, bu bəyanatı ARD telekanalına müsahibəsində verib.

“Yeni sanksiyalar, 18-ci paket, Slovakiya hökuməti ilə danışıqların son mərhələsində diqqət mərkəzindədir. Biz problemi həll etməyə çalışırıq. İndi işgüzar səviyyədə kompromis axtarılır, o tapılacaq və sonra 18-ci sanksiya paketi qüvvəyə minəcək. Biz bunu həyata keçirəcəyik”, – deyə kansler bildirib.

Onun sözlərinə görə, “bu, 3,5 il ərzində ən sərt paketdir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More