“Paramount” şirkəti ABŞ Prezidenti Donald Trampın ona məxsus “CBS” telekanalına qarşı keçmiş vitse-prezident Kamala Harrislə müsahibəyə görə qaldırdığı iddiasının həllinə razılaşıb və Ağ Ev rəhbərinə 16 milyon dollar ödəməyə hazırdır.
“Report”un məlumatına görə, bu barədə “New York Times” qəzeti şirkətin bəyanatına istinadən xəbər verir.
“Paramount prezident Trampa 16 milyon dollar ödəməyə razılaşıb ki, “CBS” telekanalında 60 Minutes proqramında Kamala Harrislə müsahibənin redaktə edilməsi ilə bağlı onun iddiasını həll etsin”, – deyə nəşr yazır.
Keçən ilin noyabrında, respublikaçılardan ABŞ prezidentliyinə namizəd olarkən, Tramp “CBS News”a qarşı $10 milyard məbləğində iddia qaldırmış və telekanalı demokratlardan olan rəqibi Kamala Harrislə müsahibənin redaktə edilməmiş versiyasını dərc etməkdən imtina etdiyinə görə seçkilərə müdaxilədə ittiham etmişdi.
Sonradan Tramp tələb etdiyi məbləği 20 dollar milyarda qədər artırdı. İyun ayının sonunda Wall Street Journal qəzeti mənbələrə istinadən vasitəçinin iddianı 20 milyon dollar məbləğində razılaşaraq həll etməyi təklif etdiyi barədə məlumat vermişdi.
Mənbə: Report.Az
Comments are closed.