Paşinyan “Elseti”in bütün əməkdaşlarını işdən çıxarmaqla hədələyib

Ermənistan baş naziri Nikol Paşinyan “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin (“Elseti”) siyasi intriqalara qarışan bütün əməkdaşlarını işdən çıxarılmaqla hədələyib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.

“Ermənistan Elektrik Şəbəkələri”nin əməkdaşlarını həbs edilmiş “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın dəstəklənməsi üçün keçirilən mitinqlərdə iştirak etməyə məcbur edənlər də mühakimə olunacaqlar”, – o yazıb.

S.Karapetyan iyunun 18-də hakimiyyəti ələ keçirməyə açıq çağırışlar ittihamı ilə iki ay müddətinə həbs edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More