Peskov: Rusiya İstintaq Komitəsinin rəhbəri və Azərbaycanın Baş prokuroru problemli məsələləri müzakirə edirlər

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın Baş prokuroru ilə Yekaterinburq və Bakıda baş vermiş hadisələrin araşdırılması ilə bağlı bütün problemli məsələləri nəzərdən keçirirlər.

“Report”un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hazırda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın Baş prokuroru ilə daimi əlaqədədir, bu əlaqələr zamanı onlar problemli hesab edilən məsələləri araşdırırlar”, – deyə o qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More