“Sabah”ın Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri müəyyənləşib

“Sabah” basketbol komandasının Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri müəyyənləşib.

“Report”un məlumatına görə, püşkatma mərasimi İsveçrənin Lozanna şəhərində baş tutub.

Püşkatmanın nəticələrinə əsasən, Bakı klubu B qrupunda “Nimburk” (Çexiya), “Alba” (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının müntəzəm mövsümünə oktyabrın 7-də start veriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More