“Sabah” basketbol komandasının Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri müəyyənləşib.
“Report”un məlumatına görə, püşkatma mərasimi İsveçrənin Lozanna şəhərində baş tutub.
Püşkatmanın nəticələrinə əsasən, Bakı klubu B qrupunda “Nimburk” (Çexiya), “Alba” (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının müntəzəm mövsümünə oktyabrın 7-də start veriləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.