“Sabah”ın UEFA Avropa Liqasındakı rəqibi yarımmüdafiəçi transfer edib

“Sabah”ın UEFA Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi “Sele” (Sloveniya) yarımmüdafiəçi transfer edib.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Darko Hrka ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

“Nafta”dan (Sloveniya) transfer olunan 25 yaşlı futbolçu ötən mövsüm bütün yarışlarda 37 oyun keçirib.

Qeyd edək ki, “Sabah” və “Sele” arasında ilk oyun iyulun 10-da “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More