Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan milli komandasının Bakıda keçirilmiş futbol üzrə dünya çempionatında inamlı qələbəsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
“Report”un xəbərinə görə, o, Azərbaycan Prezidenti ilə ikitərəfli görüşündə təbriklərini çatdırıb.
“İlham Heydər oğlu, mən də sizi təbrik etmək istəyirəm: mini futbol üzrə Azərbaycan milli komandası dünya çempionudur. Biz gördük və həqiqətən də sevindik ki, böyük futbola cəmi bir addım qalıb”, – Özbəkistan lideri qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan millisi mini futbol üzrə dünya çempionatının qalibi olub. Elşad Quliyevin yetirmələri finalda Macarıstan millisini yenib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.