ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrail “lazımi şərtlərlə” Qəzza zolağında atəşkəsin əldə olunmasına razıdır.
“Report” xəbər verir ki, bu barədə ABŞ lideri “Truth social” platformasında yazıb.
Onun sözlərinə görə, HƏMAS-ın bu şərtləri qəbul edəcəyi hələlik məlum deyil:
“Bu gün mənim nümayəndələrim İsrail tərəfi ilə Qəzza məsələsi ətrafında uzun və məhsuldar görüş keçirib. İsrail 60 günlük ATƏŞKƏS üçün müvafiq şərtlərə razılıq verib. Bu müddət ərzində isə biz bu müharibəyə son qoymaq üçün bütün tərəflərlə işləyəcəyik. Qətərlilər və misirlilər sülhün əldə olunması üçün çox işləyib və onlara son təklilər təqdim olunacaq. Ümid edirəm ki, Yaxın Şərqin rifahı üçün HƏMAS bu təklifləri qəbul edəcək. Əks təqdirdə DAHA DA PİS OLACAQ. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!”
Bundan əvvəl CNN telekanalı bildirib ki, Qətər rəsmiləri 60 günlük atəşkəsin əldə olunması üçün HƏMAS və İsrailə yeni təklif verib. Telekanal bəyan edib ki, təkliflər Tramp administrasiyası tərəfindən dəstəklənir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.