ABŞ-də göyərtəsində 14 nəfərin olduğu təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

Çərşənbə günü ABŞ-nin Nyu-Cersi ştatının Qloster dairəsində göyərtəsində azı 14 nəfərin olduğu kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

“Report”un məlumatına görə, bu barədə ABC teleşirkətinin yerli bölməsi xəbər yayıb.

Qəza zamanı azı 5 nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıblar. Zərərçəkənlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

Hadisə yerli vaxtla təxminən saat 17:30-da (Bakı vaxtı ilə saat 2:30) Vilyamstaun hava limanı yaxınlığında baş verib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More