“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasında Yunanıstan klubuna qarşı keçirəcəyi matçların hakimləri açıqlanıb

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Arsi”ə (Yunanıstan) qarşı keçirəcəyi matçların hakimləri açılanıb.

“Report” xəbər verir ki, komandalar arasında Bakıda baş tutacaq görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Andrey Çivulete olacaq. Ona Mirça Mihail Qriqori və Andrey Qabriel Konstantinesku yardım edəcək. Dördüncü hakim funksiyasını Radu Petresku yerinə yetirəcək.

Yunanıstanda təşkil ediləcək qarşılaşmada isə Şotlandiyalı hakimlər briqadası iş başında olacaq. Görüşü David Dikinson idarə edəcək. Yan xətt hakimləri Fransis Konnor və Conatan Bell olacaq. Dördüncü hakim funksiyasını Rayan Li yerinə yetirəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan”la “Aris” arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More