Azərbaycanın badminton üzrə milli komandası Dünya Badminton Federasiyasının açıqladığı yeni reytinq siyahısında 121 ölkə arasında 27-ci sıraya yüksəlib.
“Report” xəbər verir ki, komandamızın hesabında 2 726 reytinq xalı var.
Milli son üç ayda reytinqdə 18 pillə irəliləyib. Bu isə Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidir.
Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer almışdı.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.