Cənubi Koreya Prezidenti Li Çje Men Şimali Koreya ilə dialoqun bərpasını təklifi ilə çıxış edib, lakin bunun hələlik çətin olduğunu etiraf edir.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
“Şimali Koreya ilə münasibətləri ABŞ ilə dəqiq koordinasiya əsasında yaxşılaşdırmalıyıq”, – Li Men bildirib.
Onun fikrincə, dialoqun tamamilə dayandırılması ağılsız hərəkətdir.
“Koreya yarımadasında dialoq və əməkdaşlıq vasitəsilə sülh və birgə yaşayış yolunu açaraq ünsiyyəti bərpa edəcəyik”, – o əlavə edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.