Çexiyada istilər sursat anbarı yaxınlığında yanğına səbəb olub

Çexiyanın şimal-qərbində, Litomerjiçe şəhəri ərazisində ordunun sursat anbarı yaxınlığında yanğın baş verib.

“Report”un xəbərinə görə, bu barədə CTK agentliyi məlumat yayıb.

Məlumata görə, yanğının söndürülməsinə aviatexnikadan istifadə etməklə 12 yanğınsöndürmə briqadası cəlb olunub. Dörd hektar ərazini əhatə edən yanğının baş verdiyi ərazidəki köhnə döyüş sursatlarının partlaması vəziyyəti çətinləşdirir. Hakimiyyət fövqəladə vəziyyətin baş verdiyi əraziyə yaxın olan yaşayış məntəqələrinin sakinlərini meşədə gəzməkdən çəkinməyə çağırıb.

Qeyd edək ki, Çexiyada bu il 35 dərəcəyə çatan anomal istilər müşahidə olunur. Cümə axşamı, sinoptiklərin proqnozlarına görə, hava demək olar, 40 dərəcəyə qədər istiləşə bilər. Meşə yanğınları təhlükəsi artır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More