Dövlət Departamenti: Rusiya-Ukrayna münaqişəsinə son qoymaq Trampın prioriteti olaraq qalır

Atəşkəsin əldə edilməsindən əvvəl Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli həlli ABŞ Prezidenti Donald Tramp üçün prioritet olaraq qalır.

“Report”un xəbərinə görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

“Prezident Trampın prioriteti atəşkəsdən əvvəl dayanıqlı danışıqlar yolu ilə nizamlanma yolu ilə Rusiya və Ukrayna arasında müharibəyə son qoymaqdır”, – o, jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More