İndoneziyanın Bali kurort adası sahillərində bərənin batması nəticəsində azı 61 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə CNA məlumat yayıb.
Xilasedicilərin məlumatına görə, gəmi bir gün əvvəl saat 23:20-də İndoneziyanın əsas adası olan Yavadan istirahət yerinə gedərkən batıb. Bərədə 53 sərnişin və 12 ekipaj üzvü olub. Bundan əlavə, bərədə 14 yük maşını da daxil olmaqla 22 minik avtomobili olub.
Məlumata görə, ertəsi gün səhər saatlarında dörd nəfər xilas edilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.