İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Livanın paytaxtının cənubunda magistral yolda hərəkət edən avtomobilə zərbə endirib.
“Report”un “Əl-Cədid” telekanalına istinadən verdiyi məlumata görə, zərbə nəticəsində “Hizbullah” təşkilatının silahlı qanadının komandirlərindən biri ölüb.
Hadisə Halde şəhərətrafı məhəllədə, hərəkətin gediş-gəlişi olan avtomobil yolunda baş verib. Raketin vurduğu avtomobil yanıb.
Telekanalın mənbələri iddia edir ki, ölən komandir “Hizbullah” rəhbərliyində İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi olan Qüds xüsusi təyinatlı dəstəsi ilə qarşılıqlı əlaqəyə cavabdeh olub.
İsrail Müdafiə Ordusu silah qaçaqmalçılığına və terror hücumlarının təşkilinə görə məsuliyyət daşıyan şəxsin öldürüldüyünü təsdiqləyib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.