İsrail Prezidenti Azərbaycana təyin olunmuş səfir ilə görüşüb

İsrailin Azərbaycana təyin olunmuş səfiri Ronen Kraus İsrail Prezidenti İsaak Hersoqla görüşüb.

“Report” xəbər verir ki, bu barədə diplomat özünün ” X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Prezident İsaak Hersoqla, eləcə də digər missiya rəhbərləri ilə görüşmək şərəfinə nail oldum. İsrailin beynəlxalq diplomatik əlaqələrini gücləndirmək üçün növbəti tapşırıqlarımıza hazırlaşarkən onun göstərdiyi dəstəyə görə minnətdaram. Azərbaycana yeni səfərimin başlanmasını səbirsizliklə gözləyirəm”, – o yazıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More