Böyük Britaniyadakı dörd şəxs rəsmi olaraq ölkənin hava qüvvələrinin iki təyyarəsinə ziyan vurmaqda ittiham olunur.
“Report” xəbər verir ki, bu barədə “Sky News” telekanalı mənbəni dəqiqləşdirmədən məlumat yayıb.
“Brayz-Nortonda (Hava Qüvvələri Bazasında-red.) iki “Voyager” təyyarəsinə 7 milyon funt sterlinq (9,56 milyon dollar – red.) ziyan vurulduqdan sonra dörd nəfərə ittiham irəli sürülüb”, – telekanal bildirib.
Məlumata görə, hadisə antiterror polisi tərəfindən araşdırılıb. Bu şəxslər Britaniyanın təhlükəsizliyinə və ya maraqlarına zərər vurmaq məqsədilə qapalı əraziyə girmək üçün və cinayət xarakterli ziyan vurmaq məqsədilə əlbir olmaqda ittiham edilirlər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.