ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıtmasından dərhal sonra iyulun 9-11-də Vaşinqtonda Afrika liderləri ilə sammit keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Amerika paytaxtına Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri gələcək. Rəsmi Vaşinqton sammitdə Qərbi Afrika ölkələri ilə faydalı qazıntılar sahəsində əməkdaşlığı, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.
Bundan əlavə, payızda daha böyük ABŞ-Afrika sammitinin keçirilməsi planlaşdırılır. Sammitin sentyabrda Nyu-Yorkda baş tutacağı gözlənilir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.