“Liverpul” klubu “Bavariya”nın təklifini rədd edib

İngiltərənin “Liverpul” klubu futbolçusu Luis Diasla bağlı Almaniya təmsilçisi “Bavariya”nın təklifini rədd edib.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 28 yaşlı vingeri satmaq niyyətində deyil.

Ölkə çempionu kolumbiyalı oyunçunu növbəti mövsümdə də heyətində görmək istəyir.

Qeyd edək ki, Luis Dias 2024/2025 mövsümündə “Liverpul”un heyətində 50 matçda 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More