İngiltərənin “Liverpul” klubunun və Portuqaliya yığmasının futbolçusu Dioqu Jota 28 yaşında vəfat edib.
“Report” “Marca”ya istinadən xəbər verir ki, hücumçu avtomobil qəzasında həyatını itirib.
Hadisə İspaniyanın Samora əyalətində baş verib. Futbolçunun yanında olan qardaşı da qəza nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, D.Jota Portuqaliya millisi ilə 2 dəfə Millətlər Liqasının qalibi olub. O, həmçinin “Liverpul”la İngiltərə çempionluğunu qazanıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.