Sadır Japarov Azərbaycanda ECO sammitində iştirak edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 3-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana ikigünlük işgüzar səfər edəcək.

“Report”un qırğız mediasına istinadən məlumatına görə, bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalip məlumat verib.

S.Abdumutalip qeyd edib ki, “ECO-nun etibarlı və iqlimə davamlı gələcək üçün yeni baxışı” mövzusunda keçiriləcək sammitdə tərəflər təşkilatın gündəliyindəki aktual məsələləri, o cümlədən üzv dövlətlər tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması üçün görülən tədbirləri müzakirə edəcəklər.

S.Japarovun səfəri zamanı, həmçinin Qırğızıstan tərəfindən inşa edilmiş Ağdam rayonundakı “Aykol Manas” məktəbinin rəsmi açılışı da baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More