Serbiyada etirazçılar polisə hücum edib

İyulun 3-nə keçən gecə Serbiyanın paytaxtı Belqradda icazəsiz etiraz aksiyasının iştirakçıları polis əməkdaşlarına hücum edib.

Bu barədə “Report” Serbiya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bir asayiş keşikçisi yaralanıb, bir nümayişçi saxlanılıb.

Qeyd edilir ki, hadisə Kral Aleksandr bulvarı ilə Ruzveltova küçəsinin kəsişməsində, qaydanı pozaraq yolun hərəkət hissəsinə zibil qabı qoyan şəxsin saxlanılması zamanı baş verib.

Xəsarət alan hüquq-mühafizə orqanı əməkdaşı tibbi yardım üçün tibb müəssisəsinə göndərilib. Nazirlik əlavə edib ki, polis briqadasının avtomobilinə də ziyan dəyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More