Son 6 ayda 46 mindən çox şəxsə birdəfəlik doğum müavinəti ödənilib

2025-ci ilin yanvar-iyun ayları ərzində 46 min 437 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub və ödəniş edilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Müavinət ödənişləri 21 min 765 nəfər qız, 24 min 672 nəfər oğlan uşağına görə aparılıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More