“Anadolu Qartalı” yalnız təlim deyil, həm də fərqli ölkələrin hava qüvvələrinin birgə fəaliyyətidir.
“Report”un Konyaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2025” beynəlxalq təlimi ilə bağlı keçirilən mətbuat konfransında Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) əməkdaşı Fetek Karakuş deyib.
O bildirib ki, hər il keçirilən təlimlərlə ölkələr arasında hərbi sahədə əməkdaşlıq daha güclənir:
“Təlimdə real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birləşmiş əməliyyatlar üçün təlim səviyyələrini artırmaq niyyətimiz var. Bunun üçün təlimdə bütün lazım olan hər şey edilir”.
Karakuş qeyd edib ki, bu il keçirilən təlim əvvəlkilərdən fərqlənir:
“Bu il 3 yenilik var. Birincisi ondan ibarətdir ki, müharibədən əvvəl ölkəyə qarşı edilmiş hücumları qarşısını almaq üçün xüsusi dərslər keçirilib. İkincisi ölkəyə tərəf atılmış qanadlı raketlərinin havada qarşısının alınması və məhv edilməsi ilə bağlı biliklər iştirakçılara aşılanıb. Sonuncu yəni 3-cü yenilik isə PUA-larla birgə bombardıman və onların mühafizəsini təşkil etməklə bağlı biliklər öyrədilib”.
Türkiyə Hava Qüvvələrin əməkdaşı qeyd edib ki, təlim həm də gələcək üçün birgə hərəkətdir:
“Bu il iştirak edən pilotların savaş gücləri test edilib. Bu təlim yaxşı bir məşq oldu”.
MƏLUMAT YENİLƏNİR
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.