“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri azərbaycanlıların mədəni sərvətlərinin pasportudur.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimatı mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan mətbəxi milli kimliyin və mədəni irsin daşıyıcısıdır:
“Bu kitab təkcə bir regionun yaşam tərzini deyil, həm də unudulmaqda olan tarixi-mədəni yaddaşın bərpası, azərbaycanlıların əsrlərlə yaşadığı tarixi yurd yerlərinin mənəvi-mədəni xəritəsinin yenidən yaradılması deməkdir. Tədqiqatçılar soydaşlarımızın ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərdən və müxtəlif qaynaqlardan ibarət ensiklopediya yaradıblar”.
Deputat qeyd edib ki, Vətən müharibəsi savaşa son qoyub, lakin Ermənistan-Azərbaycan qastronomiya cəbhəsində tam və qəti nəticə əldə edilməyib.
“Azərbaycan milli mətbəxini oğurlamaq ermənilərin ərazi və torpaq iddiaları qədər olub”, – o vurğulayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.