Almatıda elektrik avtobuslarının istehsalına başlanılması meqapolisin meri Darxan Satıbaldı ilə BYD-nin Mərkəzi Asiya üzrə idarəedici direktoru Aivan Cao arasında danışıqların əsas mövzusu olub.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Bildirilir ki, planlara şəhərin Türksib rayonunda “Astana Motors” şirkətinin mövcud kommersiya avtomobilləri zavodu bazasında istehsalın işə salınması daxildir.
Layihə istehsalın mərhələli şəkildə lokallaşdırılmasını nəzərdə tutur. Təşəbbüsün həyata keçirilməsi ekoloji təmizliyə, enerji səmərəliliyinə və yerli sənaye potensialının inkişafına diqqət yetirməklə şəhərin nəqliyyat sisteminin modernləşdirilməsində mühüm mərhələ olacaq.
Layihəyə əsasən şassiyə inteqrasiya olunmuş “Blade” batareyası ilə təchiz edilmiş flaqman BYD elektrik avtobus modeli B12-nin buraxılması nəzərdə tutulur. Bu dizayn avtomobilin gücünü və təhlükəsizliyini artırır, artan diapazonu təmin edir və enerji sərfiyyatını azaldır.
Rəsmi məlumatlara görə, BYD artıq dünyanın 400 şəhərinə tədarük edilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.