Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov vəzifəsindən azad edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, onun yerinə hələlik təyinat aparılmayıb.

Qeyd edək ki, N.Həsənov sözügedən vəzifəyə ötən ilin fevral ayında təyin olunmuşdu.

2018-ci ildən sözügedən vəzifəsinə qədər Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri vəzifəsində çalışıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More