Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat qəzasında 3 nəfər xəsarət alıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Ələt–Astara yolunun Cəlilabad rayonuna giriş hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Corolla” markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib. Nəticədə avtomobil yol kənarındakı mühafizə səddini aşaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More