Çin Xarici İşlər Nazirliyi: Müharibə İranın nüvə problemini həll etməyəcək

Müharibə İranın nüvə proqramı ətrafında problemi həll etməyəcək və ABŞ-ın İranın nüvə obyektlərini bombalaması təhlükə yaradır.

“Report” xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib.

“ABŞ-nin suveren İran dövlətinin nüvə obyektlərini bombalaması fəlakətə gətirib çıxara bilər ki, bunun əvəzini bütün dünya ödəyəcək”, – o, Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə Parisdə birgə mətbuat konfransında deyib.

Van İ Tehranın nüvə silahı istehsal etməyəcəyinə əminliyini ifadə edib. O, həmçinin Çinin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət etdiyini təsdiqləyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More