Komandir: “İranın raket gücünün 25-30%-i istifadə olunub”

İran İsrailə hücumlar zaman öz raket gücünün 25-30%-dən istifadə edib.

“Report”un “Azad İran” Teleqram kanalına istinadən məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun koordinasiya üzrə komandan müavini Əli Fəzli bildirib.

Onun sözlərinə görə, Tehran 2006-cı ildən Tel-Əviv və Vaşinqton tərəfindən kütləvi hücuma hazır olublar: “Hazırda İranın mövcud raket gücünün təxminən 25-30%-i istifadə olunub. Biz hələ raket şəhərciklərindən heç birini açmamışıq, digərlərində isə ictimaiyyətə yalnız məhdud hissələr göstərilib, halbuki, ölkənin gizli müdafiə gücünün əhəmiyyətli hissəsi bu şəhərlərdə yerləşir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More