Kuril adaları yaxınlığında 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report”un TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidməti məlumat verib.
“Zəlzələ 166 km dərinlikdə baş verib, maqnitudası 5,5-dir”, – məlumatda deyilir.
Zəlzələnin episentri Simuşir adasından 61 km cənub-qərbdə yerləşib. Hələlik onun hiss edilməsi barədə məlumat daxil olmayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.