Lavrov: Rusiya Səudiyyə Ərəbistanını ABŞ ilə danışıqlar üçün platforma kimi nəzərdən keçirə bilər

Moskva Səudiyyə Ərəbistanını Rusiya və ABŞ arasında yeni danışıqlar üçün platforma kimi nəzərdən keçirməyə hazırdır.

“Report” yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrov Səudiyyə Ərəbistanının XİN başçısı Feysal ben Farhan Al Səud ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz bu platformanı fevralda etdiyimiz kimi nəzərdən keçirməyə hazırıq. O zaman ABŞ nümayəndə heyəti ilə görüş amerikalı həmkarlarımızın təklifi ilə baş tutmuşdu. Düşünürəm ki, həm biz, həm də amerikalılar özlərini son dərəcə rahat hiss edirdilər”, – o vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More