Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib

Almaniya kansleri Fridrix Mertz ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ukraynadakı vəziyyəti, xüsusən də Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp Mertzlə söhbətində Kiyevə silahların çatdırılmasına heç bir öhdəlik götürmədiyini deyib.

Cümə günü səhər saatlarında Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius bildirib ki, son günlər telefon danışıqları zamanı kansler havadan müdafiə sahəsində Ukraynaya dəstək verilməsini qətiyyətlə müdafiə edib.

“Der Spiegel”in yazıb ki, hələ may ayında Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya “Patriot” sistemlərinin verilməsini təklif etmişdi.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More