Messi “İnter Mayami”də qala bilər

Dünyaca məşhur argentinalı idman jurnalisti Leo Paradiso “İnter Mayami” ilə müqavilə müddəti başa çatan Lionel Messinin gələcəyi haqqında danışıb.

“Report” ESPN-ə istinadən xəbər verir ki, Paradiso ulduz futbolçunun hazırkı klubu ilə yeni müqavilə imzalamağa daha yaxın olduğunu dilə gətirib.

“Leo başa düşür ki, dünya çempionatına yaxşı formada qatılmaq istəyirsə, karyerasının bu mərhələsində fiziki durumuna və oyun praktikasına diqqət ayırmalıdır. O, bunu “İnter Mayami”də edə bilər. Leo dünya çempionatında oynamaq istəyir və turnirdən əvvəlki aylarda zədələnməməyə və ya həddən artıq yüklənməməyə çalışacaq. Son vaxtlar onu əzələ zədələri ehtimalı daha çox narahat edir. Düşünürəm ki, o, başqa kluba keçməkdənsə, “İnter Mayami” ilə müqavilə müddətini uzatmağa daha yaxındır”, – jurnalist Argentinanın “Splendid AM 990” radiosunun efirində bildirib.

Qeyd edək ki, bundan əvvəl mətbuat Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan olduqca sərfəli təklif aldığını yazıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More