Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq bölük komandiri Ağamalı Hiddətulla oğlu Pənahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sabiq bölük komandiri 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, kapitan Ağamalı Hiddətulla oğlu Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət alıb.

O, Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 232.2.1-ci (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 232.2.3-cü (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (Təkrar rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More