Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisi açılıb

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı olub.

Mədəniyyət Nazirliyindən “Report”a verilən xəbərə görə, sərginin nümayişindən əvvəl “East or West” musiqi qrupunun ifası dinlənilib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov sərginin məqsədindən söhbət açıb. Nazir müavini bildirib ki, gənc rəssamların yaradıcılıq axtarışlarını dəstəkləmək əsas amildir.

Xalq rəssamları Arif Hüseynov və Ömər Eldarov sərgidə təqdim olunan əsərlər barədə danışaraq gənc rəssamlara uğurlar arzulayıblar.

Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi sentyabrın 3-dək davam edəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More