Prokuror Əkrəm İmamoğlunun diplom saxtakarlığına görə 8 il 9 ay müddətinə həbsini tələb edib

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs edilən sədri Əkrəm İmamoğlunın diplomunun saxta olması ilə bağlı aparılan istintaq başa çatıb.

“Report” xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.

Məlumata görə, onun diplomu saxta hesab olunub və prokuror İmamoğlu üçün 8 il 9 aya qədər həbs cəzası istəyib.

Ona rəsmi sənəddə saxtakarlığa yol verməsi ittihamı irəli sürülüb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More