Ruanda Demokratik Konqo ilə sülh sazişinin icra olunacağına şübhə edir

Ruanda Prezidenti Pol Kaqame ABŞ-nin vasitəçiliyi əsasında Konqo Demokratik Respublikası ilə imzalanmış sülh sazişinin həyata keçirilməsinə şübhə ilə yanaşdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Razılaşma Ruanda qoşunlarının 90 gün ərzində BMT-nin bu ilin əvvəlində regionun ən böyük iki şəhərini ələ keçirmiş M23 üsyançılarına dəstək verdiyini bildirdiyi şərqi Konqodan çıxarılmasını nəzərdə tutur.

Ruanda öz növbəsində M23-ü dəstəklədiyini inkar edir və silahlı qüvvələrinin Konqo ordusuna və 1994-cü ildə Ruanda soyqırımı ilə əlaqəli Hutu milislərinə, o cümlədən Ruandanın Azadlığı Uğrunda Demokratik Qüvvələrə (FDLR) qarşı özünümüdafiə üçün hərəkət etdiyini bildirib.

Kaqame jurnalistlərə deyib ki, Ruanda imzaladığı müqaviləyə sadiqdir, lakin Konqo FDCC-ni zərərsizləşdirmək üçün verdiyi vədləri yerinə yetirməsə, bu, problemlərə yol aça bilər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More