Rusiyanın Kiyevə kütləvi hava hücumu – FOTOREPORTAJ

Ukraynanın paytaxtı Kiyevə iyulun 4-də Rusiya ordusu tərəfindən yenidən kütləvi hava hücumları olub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu, müharibə müddətində Kiyevə ən kütləvi hava hücumları olub.

İlkin məlumata görə, 5 nəfər həlak olub, 25 nəfər yaralanıb. Kiyevin ən iri ərzaq bazalarından biri tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya 539 ədəd “Shahed” tipli zərbə PUA-sı və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə Ukraynaya hücuma keçib. Bundan əlavə, Ukrayna ərazisinə Lipetsk vilayətinin hava məkanından bir ədəd X-47 M2 “Kinzhal” aeroballistik, Bryanskdan altı “İskander-M”/KN-23 ballistik, Kursk və Voronejdən dörd ədəd “İskander-K” qanadlı raketlər atılıb.

“Report”un əməkdaşı hadisə yerindən fotoreportaj hazırlayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More