Rusiyanın Kiyevə raket hücumu nəticəsində təxminən 20 nəfər xəsarət alıb

Ukraynanın paytaxtı Kiyevə Rusiyanın gecə hücumu nəticəsində ən azı 19 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə mer Vitali Kliçko öz “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, xəsarət alan beş nəfər ambulator yardım alır.

“Düşmənin Kiyevə gecə hücumu nəticəsində paytaxtın 19 sakini xəsarət alıb. Beş nəfər ambulator yardım alır, 14 nəfər isə xəstəxanaya yerləşdirilib”, – deyə Kliçko yazıb.

Hücum nəticəsində, həmçinin dəmir yolu infrastrukturu zədələnib, bəzi rayonlarda düşən raket qalıqları yanğınlara səbəb olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More